Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun kollektivi ümumşəhər Novruz şənliyində iştirak edib
SDU-nun kollektivi ümumşəhər Novruz şənliyində iştirak edib
Martın 18-də Sumqayıtda Kimyaçı Mədəniyyət Sarayının qarşısında şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun, Millət vəkillərinin, şəhər rəsmilərinin, yerli sakinlərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə möhəşəm Novruz şənliyi keçirilib.
Təşkil olunmuş tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək bayram tonqalını alışdırıb.
Dədə Qorqud və Bahar qızı xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıblar.
Daha sonra cənab Zakir Fərəcov və qonaqlar sarayın qarşısında qurulmuş Novruz ənənələrini əks etdirən çadırlara baxış keçiriblər.
Sumqayıt Dövlət Universitetinin də Novruzun atributlarını əks etdirən müxtəlif çeşidli xonçaları və tələbələrdən ibarət “Səma” rəqs qrupunun rəngarəng rəqsləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir respublikanın tanınmış sənət ustalarının və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə yekunlaşıb. 
 
Mətbuat xidməti 
 
 
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az