Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Peşəkar Spikerlər Seriyası çərçivəsində növbəti təlim keçirildi
Peşəkar Spikerlər Seriyası çərçivəsində növbəti təlim keçirildi
Martın 28-də Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə Peşəkar Spikerlər Seriyası (PSS) çərçivəsində növbəti təlim keçirildi.
Karyera və Məzunlarla İş Mərkəzinin əməkdaşı Ülkər Vəlizadə qonağı və iştirakçıları salamladı, PSS layihəsinin mahiyyəti barədə tələbələrə məlumat verdi. Qeyd etdi ki, mütəmadi olaraq peşəkar mütəxəssislər tərəfindən tələbələrlə görüşlər təşkil olunur, ustad dərsləri, stimullaşdırıcı tədbirlər həyata keçirilir. Məqsəd iş mühitində müvəffəqiyyət qazanmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan spikerlərlə tələbələrin görüşünü gerçəkləşdirmək və onların gələcək karyera planlarına dəstək verməkdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının daxili auditoru Samir Əliyev çıxış edərək, SDU məzunu olduğunu qeyd etdi. O, karyera yolunda ilkin addımlar, şəxsi inkişaf, qarşıya çıxan fürsətlər və onların dəyərləndirilməsi, əmək bazarının bugünkü tələbləri barədə öz təcrübələrini bölüşdü. PSS çərçivəsində keçirilən təlimlərin tələbələr üçün böyük motivasiya olacağını qeyd etdi. “İş həyatı tələbələrdən nələri gözləyir və iş həyatına hazırlanarkən nələri etməliyik?” mövzusunda çıxış etdi.
Tələbələrin sualları əsasında müxtəlif mövzularda diskussiyalar aparıldı.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az