Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da FHN-in Sumqayıt Regional Mərkəzinin təşəbbüsü ilə nəzəri-praktiki maarifləndirmə tədbiri keçirildi
SDU-da FHN-in Sumqayıt Regional Mərkəzinin təşəbbüsü ilə nəzəri-praktiki maarifləndirmə tədbiri keçirildi
Martın 29-da SDU-da Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin 2024-cü il üçün Hazırlıq Planına müvafiq olaraq “Fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində” mövzusunda nəzəri-praktiki maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə giriş sözü ilə çıxış edən SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov mövzunun aktuallığından bəhs edərək, bildirdi ki, mülki müdafiə təlimlərinin keçirilməsi əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu sahədə qurumların birgə fəaliyyəti və əməkdaşlığı da olduqca vacibdir. Təlimin keçirilməsi həmçinin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı və köçürülməsi kimi mülki müdafiə tədbirlərinin daim diqqət mərkəzində olmasıdır.
FHN-in Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun müdiri Emin Ramazanov müəssisə və təşkilatlarda mülki müdafiə işinin təşkili, fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsi qaydaları haqqında, həmçinin qarşıda duran vəzifələr haqqında məlumat verdi.
Sumqayıt Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru Səfər Məmmədov çıxış edərək son dövrlərdə yanğın hallarının çoxaldığını diqqətə çatdıraraq bu halların qarşısının alınması yolları, eləcə də təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyindən və yanğınsöndürmə balonlarından istifadə qaydaları haqqında danışdı.
FHN Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçiləri Kamilə Qədimova və Elçin Məmmədov “Dəm qazı” və “112 Qaynar xətti” mövzularında çıxış edərək tədbir iştirakçılarına dəm qazının yaranması və ondan qorunma üsulları haqqında, eləcə də qaynar xəttin fəaliyyəti barədə məlumat verdilər.
Maarifləndirici tədbir zаmаnı əyаni vаsitələrdən, slаyd və vidеоçаrхlаr nümayiş etdirildi, iştirakçıları mаrаqlаndırılаn suаllаr cаvаblаndırıldı.
Sonda FHN Sumqayıt Regional Mərkəzinin qüvvə və texnikalarına baxış keçirildi, onların təyinatı və istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verildi.
 
Mətbuat xidməti
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az