Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramında “Biznes modeli və gəlir modelinin yaradılması” adlı növbəti modul keçirildi
“Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramında “Biznes modeli və gəlir modelinin yaradılması” adlı növbəti modul keçirildi

Martın 29-da Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” adlı proqram çərçivəsində növbəti modul təşkil olundu. II və III kurs tələbələri üçün nəzərdə tutulmuş proqram çərçivəsində  “Viveka” strateji innovasiya məsləhətçiliyi şirkətinin həm-təsisçisi və təlim koordinatoru Emin Okutan bu dəfə “Biznes modeli və gəlir modelinin  yaradılması”  mövzusunda çıxış etdi. Dərs müddətində sahibkarlıqda biznes ideya yaradılması ilə bağlı müzakirələr aparıldı. Tələbələr iş modelində şablon hazırlanması strukturu ilə tanış oldular, fürsətlərin yaradılmasında kəşf etmə, təsvir etmə, fərziyyə anlayışlarını təhlil etdilər.
Qeyd edək ki, tələbələrdə sahibkarlıq və məhsul inkişafı üçün vacib olan bacarıqların formalaşdırılması və inkişaf etdirilməsini məqsədləyən proqram çərçivəsində hər həftə Türkiyə Respublikasının aparıcı ali təhsil müəssisələrinin və innovasiya mərkəzlərinin mütəxəssisləri tərəfindən SDU-ya səfərlər edilərək dərslər keçirilir.

Mətbuat xidməti

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az