Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Voleybol yarışının qalibləri məlum oldu
Voleybol yarışının qalibləri məlum oldu

Martın 30-da Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman klubunun birgə təşkilatçılığı ilə keçirilən voleybol yarışının final mərhələsi baş tutdu.
Maraqlı və gərgin keçən final yarışında Mühəndislik fakültəsinin komandası I, Riyaziyyat fakültəsinin komandası II, Təbiət elmləri fakültəsinin komandası III yeri tutdular.
Qeyd edək ki, yarışda universitetin 6 fakültəsinin və Sumqayıt Dövlət Texniki Kollecinin komandaları iştirak edirdilər.
Sonda SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov qalib komandaları təltif etdi. 

Mətbuat xidməti

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az