Tələbələr Murtuza Muxtarovun bağında oldular
						
						Noyabrın 1-də  Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin  təşkilatçılığı ilə “Kimya və Biologiya” fakültəsində Biologiya müəllimi və  Biologiya ixtisasında təhsil alan bir qrup tələbə Mərdəkanda yerləşən  dendroloji parka ekskursiya etdilər.
  Xeyriyyəçi və neft sahibkarı Murtuza  Muxtarovun şəxsi bağı olan bu parka hazırda institut statusu verilib. Tropik və  subtropik bitki növlərinin canlı muzeyi olan bu parkda tələbələr müxtəlif  növ ağac, ot bitkisi, efir yağlı, texniki,  dərman, bəzək bitkiləri və M.Muxtarovun yaşadığı şəxsi evlə canlı tanış  oldular.  
  Sonda  tələbələr xatirə şəkili çəkdirdilər.
Mətbuat xidməti
 
                