Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Keyfiyyət təminatı və strategiya şöbəsinin fəaliyyəti barədə infosessiya keçirildi
SDU-da Keyfiyyət təminatı və strategiya şöbəsinin fəaliyyəti barədə infosessiya keçirildi
8 aprel tarixində SDU-da Keyfiyyət təminatı və strategiya şöbəsinin təşkilatçılığı ilə təhsilalanlarla görüş keçirildi. Görüşdə Gülnar Cəfərova rəhbərlik etdiyi şöbənin fəaliyyəti ilə  bağlı ümumi məlumat verdi. Universitetdə keyfiyyətin hərtərəfli təminatında təhsilalanların rolunun mühüm olduğu vurğulandı və təşkil edilən sorğularda onların aktiv iştirakının əhəmiyyətindən bəhs olundu.  
Bundan əlavə, universitet binasında təkliflər qutusunun istifadəyə verildiyi, tələbələrin problem və təkliflərini dinləmək üçün isə müntəzəm olaraq açıq qapı günlərinin təşkil olunacağı bildirildi.
Tədbir görüş iştirakçılarının müxtəlif məzmunlu suallarının cavablandırılması ilə yekunlaşdı.
 
Mətbuat xidməti

 

 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az