Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da VII Debat-natiqlik turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirildi
SDU-da VII Debat-natiqlik turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirildi
Aprelin 16-da Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi, Debat klubunun təşkilatçılığı ilə “Yaşıl Dünya naminə həmrəylik ili”nə həsr olunmuş VII Debat-natiqlik turnirinin final mərhələsi keçirildi. 
Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamladı, qalib komandanı təbrik etdi, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi  ilə bağlı SDU-nun təsdiq etdiyi Fəaliyyət Planına uyğun olaraq müxtəlif səpkili tədbirlərin keçirildiyini, bu proseslərdə gənclərin xüsusi rolu olduğunu vurğuladı.
Sonra SDU-nun Debat klubunun sədri Anar Qurbanov çıxış edərək turnirin nəticələri və “Dünya dövlətlərinin alternativ enerji mənbələrinin istifadəsinə keçid etməsi labüddür” mövzusunda keçirilən debat-natiqlik turniri haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Debat forumuna 14 komanda qatılıb və yarışı universitetimizin tələbələrindən ibarət hakimlərlə yanaşı, Debat Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin hakimləri də müşahidə ediblər.  Riyaziyyat fakültəsinin “Eros” və Filologiya fakültəsinin “Realizm” komandası güclü olduqlarını sübut edərək finala vəsiqə qazandılar. Riyaziyyat fakültəsinin “Eros” komandası turnirin qalibi oldu.
Sonda qalib komandaya kubok, ən yaxşı natiqlərə isə sertifikatlar təqdim edildi.
Mətbuat xidməti
 

 

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az