Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU əməkdaşları “Elektrik şəbəkələri: etibarlılıq, təhlükəsizlik, enerjiyə qənaət və iqtisadi aspektlər” mövzusunda beynəlxalq konfransa qatılıblar
SDU əməkdaşları “Elektrik şəbəkələri: etibarlılıq, təhlükəsizlik, enerjiyə qənaət və iqtisadi aspektlər” mövzusunda beynəlxalq konfransa qatılıblar
Aprelin 16-da Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi Kazan Dövlət Energetik Universiteti (KDEU), İ.S.Turgenev adına Oryol Dövlət Universiteti (ODU), Bratsk Dövlət Universiteti (BrDU), Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi, Akademik M.S. adına Tacikistan Texniki Universitetinin Xucənd Politexnik İnstitutu, Tacikistan Mədən və Metallurgiya İnstitutu (TM və Mİ), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə “Elektrik şəbəkələri: etibarlılıq, təhlükəsizlik, enerjiyə qənaət və iqtisadi aspektlər”mövzusunda birgə elmi-praktiki konfrans keçirilmişdir.
Qeyd edək ki, Rektorun müşaviri professor Tamella Əhmədova, dosent Turqay Hüseynov, dosent Nadir Hacıbalayev və SDU-nun Mühəndislik fakültəsinin əməkdaşları onlayn formatda konfransda qatılıblar.
Konfransı giriş sözü ilə KSPEU-nun Elmi işlər, inkişaf və innovasiyalar üzrə prorektoru İrina Axmetova açaraq bütün iştirakçıları salamladıqdan sonra sözü digər universitetlərin nümayəndələrinə verib.
Salamlamadan sonra plenar iclas öz işinə başlayıb. Birinci məruzə ilə SDU-nun dosenti Turqay Hüseynov “Трубчатые резонаторы повышенной добротности для вибрационно-частотных датчиков плотности” mövzusu ilə çıxış edib. Sonra digər universitetlərin nümayəndələri də mövzu ətrafında öz mərzulərini təqdim ediblər.
Məruzələrdən sonra konfrans öz işini bölmələrdə davam etdirib.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az