Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbələri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə ekskursiya ediblər
SDU tələbələri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə ekskursiya ediblər
Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Ekologiya və Ekologiya mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbələri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya kafedrasının müəllim heyətinin rəhbərliyi ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə ekskursiya ediblər.  
Məlum oluduğu kimi, “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında “2008-ci il 6 avqust tarixli Sərəncamı ilə təsis edilmişdir. 12 mart 2009-cu ildə dövlət qeydiyyatına alınan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini ən müasir texnologiyalara əsasən quraraq ekoloji vəziyyətin stabilləşdirilməsi istiqamətində fəaliyyətə başlamışdır.
Ekskursiya ərzində tələbələr Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Balaxanı Sənaye Parkı və Bakı bərk məişət tullantılarının yandırılması zavodları ilə tanış oldular. Onlara zavodlarda gedən proseslər, iş prinsipləri, sxemlər aydın şəkildə izah olunub. 
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az