Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun elmi rəhbərliyi ilə Sumqayıt məktəbliləri “Sabahın alimləri” XIII respublika müsabiqəsində mükafata layiq görülüblər
SDU-nun elmi rəhbərliyi ilə Sumqayıt məktəbliləri “Sabahın alimləri” XIII respublika müsabiqəsində mükafata layiq görülüblər
Aprelin 17-də Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabatı təqdim edib. Fuad Qarayev 8 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, müsabiqə üzrə qeydiyyatdan keçən 652 layihədən 113-ü sərgidə iştirak hüququ qazanıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında ölkədə 2012-ci ildən keçirilən müsabiqəyə marağın ildən-ilə artmaqda olduğunu vurğulayıb. Nazir müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yüksək standartlara uyğun tədqiqatçı-mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolundan danışıb.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar finalçıların əl işləri ilə tanış olublar.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin elmi rəhbərliyi ilə Sumqayıt məktəbliləri 22 layihə ilə finalda iştirak etmiş, onlardan 9-u mükafata layiq görülmüşdür.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az