Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da maliyyə savadlılığına həsr olunmuş təlimlər keçirilib
SDU-da maliyyə savadlılığına həsr olunmuş təlimlər keçirilib
Aprelin 23-də Sumqayıt Dövlət Universitetində “Asan kredit və neyromarketinq”, həmçinin “Rəqəmsal ödənişlər və istehlakçı büdcəsi” mövzularında SDU və SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları üçün növbəti təlimlər keçirilib.
Təlimi spiker, İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və menecment kafedrasının baş müəllimi, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Hacıyeva açaraq iştirakçıları salamladı və sözü çıxışçılara verdi. 
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayevaya növbəti təlim üçün aktual mövzunun seçildiyini bildirərək Mərkəzi Bankın müstəqil eksperti Rauf Ağayev və bankın İstehlakçılarla iş departamenti Maliyyə savadlılığı şöbəsinin böyük mütəxəssisi Pərvin Qəhrəmanovanın təlimçiliyi ilə keçəcək tədbirin iştirakçılar üçün faydalı olacağına əminliyini vurğuladı.
Təlim müstəqil ekspert Rauf Ağayevin minimal sənədləşmələrlə təklif edilən kreditlərin asan şəkildə, onlayn kredit sifarişləri ilə əldə edilməsi barədə söhbətlə başladı. Neyromarketinqin beyin reaksiyalarına əsaslanmaq, marketinq strategiyası qurmaqla müştəri əldə etmək olduğunu qeyd edən Pərvin Qəhrəmanova istehlakçıların banklarla əlaqələri barədə geniş məlumat verdi.
Tədbir iştirakçılarının interaktivliyi ilə davam edən təlim müxtəlif səpkili sualların cavablandırılması ilə davam etdirildi.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az