Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “YAŞIL DÜNYA: FİLOLOJİ ELMLƏRİN EKOLOGİYASI” adlı elmi seminar
“YAŞIL DÜNYA: FİLOLOJİ ELMLƏRİN EKOLOGİYASI” adlı elmi seminar
Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sözügedən Sərəncam ölkəmizin təhsil sistemi qarşısında da müvafiq vəzifələr qoyur. Sərəncama  əsasən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 23 aprel 2024-cü il  tarixində Sumqayıt Dövlət Unuversitetinin Filologiya fakültəsində “Yer Günü”nə həsr olunmuş “YAŞIL DÜNYA: FİLOLOJİ ELMLƏRİN EKOLOGİYASI” adlı elmi seminar keçirildi. 
Elmi seminarda Filologiya fakültəsinin pedaqoji heyətinin üzvləri: moderator professor Nigar İsgəndərova və fakültənin dekanı dosent Günel Paşayeva ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmə işinə xidmət edən hər bir Yer sakininin üzərinə düşən öhdəlik və təbiətə biganə münasibətin nəticəsində baş verən dəyişikliklərdən danışdılar, eləcə də dil və ekoloji məsələlər, dil müxtəlifliyini qorumaq üçün dillər arasındakı qarşılıqlı əlaqələr haqqında məlumat verdilər. 
Sonra Filologiya fakültəsinin müəllimləri öz elmi məruzələri ilə çıxış etdilər. Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi Mətanət Məhərrəmova “Ekokonsept: tərbiyə, təhsil, vərdiş” adlı məruzəsində ekoloji konseptlər haqqında ətraflı məlumat verərək, onları müqayisəli şəkildə təhlil etdi. Həmin kafedranın müəllimi İlahə Musayeva “Ekolinqvistika elminin tədqiqat istiqamətləri” adlı çıxışında dilin ekoloji mühitini formalaşdıran amillərə və kolinqvistikaya, o cümlədən ekolinqvistika elminin tədqiqat sahələri, istiqamətləri və bu yöndə qarşıya çıxan problemlərdən söz açdı. Xarici dillər kafedrasının baş müəllimi Səadət Xəlilova “İngilis dili dərslərində ekoloji tərbiyənin formalaşdırılması” adlı məruzəsində ibtidai və orta məktəb kitablarında verilmiş mövzuların müxtəlif metodlarla tədrisi məsələlərinə geniş yer ayırdı. Həmin kafedranın böyük laborantı Gülnar Həsənova “Ekoloji terminlərin tərcümə üsulları”nda adlı məruzəsi ilə ekoloji terminləri tərcümə etmək üçün nümunələr üzərində apardığı təhlillərə əsasən müxtəlif strategiyalar haqqında məlumat verdi. 
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az