Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı
Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı

Universitetin Elmi kitabxanasında Tələbə Həmkarlar Təşkilatının dəstəyi ilə  fakültələr arası Nə? Harada? Nə zaman?” intellektual  bilik yarışı keçirildi. Yarışda hər komandada 6 nəfər olmaqla 7 komanda iştirak edirdi. 
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda tələbələr fəallıq nümayiş etdirərək elmin müxtəlif sahələri üzrə biliklərini sınadılar.
Nə? Harada? Nə zaman?” bilik yarışının  bu dəfəki qalibi Tarix və coğrafiya fakültəsinin “ABVİLİYON”  komandası, II yeri İqtisadiyyat və idarəetmə fakültəsinin “Uğur”, III yeri isə Mühəndislik fakültəsinin “ACCES” komandaları bölüşdülər.  Qalib komandaya keçici kubok təqdim olundu və yarışın gələcəkdə də mütəmadi olaraq davam etdirilməsi vurğulandı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az