Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində şagirdlər üçün “Açıq qapı” günləri davam edir
Sumqayıt Dövlət Universitetində şagirdlər üçün “Açıq qapı” günləri davam edir
Sumqayıt Dövlət Universiteti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşəbbüsü ilə təşkil edilmiş orta məktəblərin yuxarı sinif şagirdlərinin universitetlə tanışlığı davam edir. Aprelin 25-də digər məktəblərin abituriyentləri də Sumqayıt Dövlət Universitetində oldular.
Əvvəlcə şagirdlər şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirələrini əbədiləşdirmək üçün universitetin həyətində yaradılan abidə kompleksini ziyarət etdilər, sonra universitetlə yaxından tanış olmaq üçün Heydər Əliyev Mərkəzində, ayrı-ayrı fakültə, auditoriya, laboratoriyalarda, Elmi kitabxana, tədris otaqları və idman zalında, eləcə də Tələbə evində oldular. Burada onlara universitet haqqında və ali məktəbin strateji hədəfləri barədə geniş məlumat verildi. Şagirdlər tələbələrlə birgə dərslərdə iştirak etdilər. Auditoriyada ilk dəfə əyləşmək həyəcanı yaşayan məktəblilər tədris olunan dərsləri böyük maraqla dinlədilər. Daha sonra tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün universitetin həyətində təşkil edilən şəraitlə yaxından tanış oldular.
Görüşdə şagirdlərin çoxsaylı sualları cavablandırıldı. Tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirən məktəblilərin hər biri SDU-nun tələbəsi olmaq arzusu ilə universitetdən xoş təəssüratlarla ayrıldılar.
Qeyd edək ki, şagirdlərin universitetlə tanışlığı silsilə şəklində davam edəcək.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az