Əsas səhifə | Xəbərlər | Xarici dil Danışıq kursları uğurla davam edir
Xarici dil Danışıq kursları uğurla davam edir

Yarandığı gündən etibarən Sumqayıt Dövlət Universitetində təhsildə yenilik, keyfiyyətin artırılması məqsədilə ən müasir metodlardan istifadə edilməyə başlayaraq xarici dillərin daha mükəmməl tədrisinə önəm verilmişdir. Məhz bu səbəbdəndir ki, universitetdə Xarici dil  Danışıq Kursları fəaliyyətə başlayıb və bu gün də uğurla davam etməkdədir. Kursların əsas məqsədi tələbələrdə danışıq və şifahi anlama vərdişlərinin inkişaf etdirilməsindən ibarətdir. 
Dekabrın 25-də universtetin xarici dillər kafedrasının növbəti danışıq klubu keçirildi. Alman dili üzrə təşkil olunmuş klubu kafedranın alman dili müəllimi Almaz Mehdiyeva apardı. Klubda universitetin bütün fakültələrindən olan bakalavr və magistrant tələbələri, xarici dillər kafedrasının müəllim və əməkdaşları iştirak etdilər.
Öncə tələbələr almanca özlərini təqdim etdilər və almanca səslənən musiqinin sədaları altında tədbir iştirakçılarını salamladılar. Xarici dil kafedrasının baş müəlliməsi Almaz Mehdiyeva “Bizim Universitetimiz” adlı təqdimatı almanca təqdim etdi. Tələbələr təqdimatda əks olunan universitet haqqında məlumatları almanca mükəmməl şəkildə izah edərək auditoriyaya çatdırdılar. Sonra öz aralarında dialoqlar quraraq alman dili bilik səviyyələrini bir daha nümayiş etdirdilər. Maraqlı təqdimat  alqışlarla qarşılandı. 
Xüsusi ilə qeyd etmək lazımdır ki, burada iştirak edən tələbələr alman dilini məhz Sumqayıt Dövlət Universitetinə qəbul olunduqdan sonra öyrənmişlər, belə ki onlara orta məktəb zamanı başqa xarici dillər tədris olumuşdur. Məhz universitet müəllimlərinin gərgin əməyi sayəsində tələbələrimiz dil səviyyələrini inkişaf etdirmişlər.
Təqdimatın sonunda xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova universitetin rektoru, professor Elxan Hüseynova xarici dillərin tədrisi üçün yaratdığı yüksək şəraitə görə  təşəkkürünü bildirdi. Tədbirin maraqlı təşkilinə  və tələbələrin fəal iştirakına görə müəllimə Almaz xanım Mehdiyevaya minnətdarlığını ifadə etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az