Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Danimarka Texniki Universitetinə səfərlə bağlı təqdimat keçirildi
SDU-da Danimarka Texniki Universitetinə səfərlə bağlı təqdimat keçirildi
Mayın 8-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator, SDU-nun tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi, Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması (REFRESH)” layihəsi çərçivəsində Danimarka Krallığının Danimarka Texniki Universitetinə (DTU) təcrübə səfərinin yekunları ilə bağlı təqdimat keçirildi.
Tədbiri SDU-nun rektoru Rüfət Əzizov açaraq  universitetin iştirak etdiyi etdiyi layihələrin məntiqi yekunu olaraq tətbiq olunan və hesabat xarakterli oxşar təqdimatların zəruriliyini vurğuladı.
Tədris müəssisəsi və sənaye müəssisələri arasındakı əlaqələrin tələb-təklif prinsipi üzərində qurulduğu zaman səmərəli olduğunu qeyd edən Rüfət Əzizov bunun üçün universitetdəki kafedraların öhdəsinə düşən vəzifələr barədə danışdı. Laboratoriyaların yenilənməsi ilə bərabər kafedralarda sənaye müəssisələrini maraqlandıran, istehsalatda gərəkli mövzuların işlənilməsinin bu əlaqələrin inkişafında oynayacağı rolu qeyd edən rektor bu sahədə addımların atıldığını bildirdi.
SDU ilə BP Azərbaycan arasında yeni magistratura proqramının yaradılması haqqında imzalanan müqaviləni, Sumqayıt Texnologiyalar Parkı və digər müəssisələrlə əldə olunan razılaşmalar haqqında danışan dosent Rüfət Əzizov ortaq proqramların qarşılıqlı faydalarını xatırlatdı.
Universitetdə yaradılacaq Dayanıqlı İnkişaf Mərkəzinin bu istiqamətdəki fəaliyyətə təkan verəcəyinə inandığını bildirən çıxışçı günün tələbləri səviyyəsində işləməyin qaçılmaz olduğunu vurğuladı.
Daha sonra Təbiət elmləri fakültəsinin dekanı dosent Rəşad Səlimov cari ilin aprel ayında UNEC-in koordinatorluğunda Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Gəncə Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin və Lənkəran Dövlət Universitetinin təmsilçilərinin DTU-da olduqlarını bildirdi.
Yerli tərəfdaş universitetlərin alternativ və bərpa olunan enerji sahəsi üzrə təkmilləşdirilməsi və innovativ yöndə istiqamətləndirilməsi məqsədini daşıyan səfərdə DTU-nun “REFRESH” layihəsi üzrə komandasına məlumat verildiyini, alternativ enerji sahəsində mövcud proqramların vəziyyəti barədə təqdimat xarakterli çıxışlar edildiyini vurğuladı.
Universitetin “REFRESH” layihəsi üzrə təlimçiləri və digər iştirakçılarla universitetlərin bərpa olunan enerji istehsalının proqnozlaşdırılması (külək, günəş, su) və istehlakçı aspektindən uyğunlaşma, dayanıqlı enerji texnologiyaları ilə bağlı mühəndislik ixtisasları üzrə bakalavr və magistratura proqramları təqdim edildiyini bildirən fakültə dekanı DTU-nun təhsil proqramları ilə tanış olduqlarını qeyd etdi. Daha sonra videoçarx nümayiş olundu.
Təqdimat iştirakçıların suallarına verilən cavablarla davam etdirildi.
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az