Əsas səhifə | Xəbərlər | Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olundu
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olundu

Dekabrın 29-da Universitetin Böyük Akt zalında  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı təntənə ilə qeyd olundu.
Əvvəlcə tədbir iştirakçıları foyedə tələbələrin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildməsi ilə açıq elan olundu.
Universitetin rektoru, professor Elxan Hüseynov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bütün Azərbaycan xalqını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı. Qeyd etdi ki, tezliklə daha bir təqvim ili tarixin əlamətdar səhifələrindən birinə çevriləcək. Sevindirici haldır ki, yola saldığımız 2015-ci il Azərbaycan xalqı üçün çox uğurlu və yaddaqalan illər sırasına daxil edildi. Birinci Avropa Oyunlarının ölkəmizdə reallaşması, əlbəttə, hər bir azərbaycanlını sevindirdiyi kimi, məni də qürurlandırdı. Bu, əslində, böyük tarixi hadisədir.  Məhz bu ildə də ölkəmiz həm ictimai-siyasi, həm də sosial-iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlərlə dünya ölkələri sırasındakı mövqeyini bir daha möhkəmləndirdi. Mən inanıram ki, 2016-cı il  də xalqımızın yaddaşında  həm də həyatımızın bütün sahələrində əsaslı dəyişikliklər, dinamik inkişaf, mühüm tarixi günlərlə zəngin bir dövr kimi qalacaqdı. Bu günün tarixi əhəmiyyətindən bəhs edən rektor bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdir. Bu tarix dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına böyük təkan verdi.  Hal-hazırda Prezident cənab İlham Əliyevin diaspor quruculuğu işinə böyük əhəmiyyət verməsi, bu prosesə hərtərəfli yardım göstərməsi nəticəsində xaricdəki həmvətənlərimizin birlik, həmrəylik telləri daha da güclənib, onlar müstəqil dövlətimizin təbliği işinə öz layiqli töhfələrini verirlər.
Rektor Elxan Hüseynov Tükmənistandakı diplomatik fəaliyyəti dövründə orada yaşayan soydaşlarımızın Həmrəylik Gününü böyük sevgiylə qeyd etdiklərini və hər zaman qəlblərinin Azərbaycan eşqi ilə döyündüyünü bildirdi. Əminliklə  söylədi ki, dünyanın hər bir guşəsində yaşayan Azərbaycanlı cənab İlham Əliyevin ətrafında sıx birləşərək bu günü doğma Qarabağda, Şuşada  böyük təntənə ilə qeyd edəcək.
Tədbirdə rektor  dekabrın 25- də "Müsyo Jordan və dərviş Məstəli şah" tamaşasında iştirak etmiş aktyor tələbələri, eyni zamanda bayram münasibəti ilə universitetin bütün əməkdaşlarını  100 manat məbləğində pulla mükafatlandırdı, həmçinin bayram tədbirində iştirak edən “Səma” rəqs qrupunun üzvlərinin də mükafatlandırılmasına göstəriş verdi. 
Tədbir respublikamızın tanınmış sənətkarları Nadir Qafarzadə və Cəmalə Vaqif qızının  ifasında şən mahnılarla davam etdirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az