Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Xalel Dosmuxamedov adına Atırau Universitetinin nümayəndələri SDU-da
Xalel Dosmuxamedov adına Atırau Universitetinin nümayəndələri SDU-da
 Mayın 21-də Qazaxıstan Respublikasının Xalel Dosmuxamedov adına Atırau Universitetinin Elm və beynəlxalq əlaqələr üzrə prorektoru Utepkaliyeva Kansulu Musaevna və Beynəlxalq Tərəfdaşlıq və Beynəlmiləlləşmə ofisinin rəhbəri Aşırxanova Karlıqaş Maştayevna Sumqayıt Dövlət Universitetində (SDU) oldular.
Görüşü Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov açaraq, qonaqlara Sumqayıt şəhərinin sənayə potensialı, SDU-nun fəaliyyət və tədris istiqamətləri, fakültə və proqramları, tədqiqatları haqqında məlumat verib. Rektor bildirib ki, SDU yerli və xarici universitetlərlə, sənaye müəssisələri və tədris mərkəzləri ilə əməkdaşlığını inkişaf etdirməyə xüsusi əhəmiyyət verir. 2024-2025-ci tədris ilindən etibarən SDU-da tədrisin ingilis dilində də aparılması ilə bağlı qarşılıqlı mübadilə proqramlarının perspektivləri müzakirə olunur.
Atırau Universitetinin Elm və beynəlxalq əlaqələr üzrə prorektoru Utepkaliyeva Kansulu Musaevna və Beynəlxalq Tərəfdaşlıq və Beynəlmiləlləşmə ofisinin rəhbəri Aşırxanova Karlıqaş Maştayevna, öz növbələrində, universitetləri haqqında məlumat verib, “Heydər Əliyev adına təqaüd”, Azərbaycan siyasəti və mədəniyyəti ilə əlaqədər görülən işlər haqqında danışıblar. Görüşdə ikitərəfli əməkdaşlıq, birgə elmi tədqiqat imkanları, müştərək layihələrin işlənməsi, eləcə də birgə elmi konfransların keçirilməsi və digər məsələlər geniş müzakirə edilib. Xəzər dənizi iki ölkənin ortaq ərazisi olduğu üçün, müasir problemləri arasında onun ekoloji vəziyyəti və bu istiqamətdə birgə fəaliyyətin vacibliyi də xüsusi vurğulanıb.
Görüşdən sonra qonaqlar universitet ilə tanış olub, burada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə, “Code Academy”yə, ayrı-ayrı auditoriya və laboratoriyalara baş çəkiblər.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az