Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Code Academy tərəfindən “Code for Future” layihəsi barədə infosessiya keçirildi
Code Academy tərəfindən “Code for Future” layihəsi barədə infosessiya keçirildi

Mayın 22-də Sumqayıt Dövlət Universitetində “Code Academy” ilə Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi #CodeForFuture layihəsi çərçivəsində növbəti semestr üçün qeydiyyatla bağlı infosessiya keçirilib.  
Tədbiri giriş sözü ilə açan SDU-nun Layihələrin idarə olunması şöbəsinin müdiri Həbibə Nəzirova Elm və Təhsil Nazirliyi, Code Academy və Universitet arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin müasir dövrdə önəmini vurğulayaraq indiyə qədər universitetin layihədə iştirakından danışıb.  
Daha sonra Code Academy-nin Layihə koordinatoru Asiya Rüstəmova layihənin məqsədi və layihə çərçivəsində Bakı və regionlarda həyata keçirilən işlər barədə ətraflı məlumat verərək qeyd edib ki, ixtisaslı mütəxəssislər tərəfindən idarə edilən layihə tələbələrə informasiya texnologiyaları və proqramlaşdırma sahələrində ödənişsiz dərs almaq imkanı ilə yanaşı, nəzəri və praktiki təcrübə qazandıracaq. Əlavə olaraq, “Code Academy”nin müəllimləri Qurban Qurbanzadə “Proqramlaşdırma”, Elmin İbrahimov isə “IT Specialist” proqramları haqqında geniş məlumat veriblər.
İnfosessiya zamanı, həmçinin “Code for Future” layihəsinin SDU-dan məzunları da çıxış edərək tələbələri aktiv şəkildə layihədə iştiraka səsləyiblər.
Qeyd edək ki, layihə hal-hazırda ikinci və üçüncü kursda təhsil alan müvafiq ixtisasların tələbələri üçün “Proqramlaşdırma” və “IT Specialist” ixtisasları üzrə ödənişsiz təhsili nəzərdə tutur. Növbəti qrup üçün dərslər 2024-2025-ci tədris ilinin payız semestrində başlayacaq.

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az