Əsas səhifə | Xəbərlər | Şəhidlər unudulmur
Şəhidlər unudulmur

Qanlı 20 Yanvar hadisələrindən 26 il keçdi. 1990-cı ilin 20 yanvarı Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Yanvarın 20-nə keçən gecə sovet ordusu Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna etirazını bildirən geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı. Xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan oğulları həmin müdhiş gecə canından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Yanvarın 16-da Sumqayıt Dövlət Universitetinin Ritorika Universal Klubu və Tələbə Həmkarlar İttifaqı komitəsinin birgə təşəbbüsü ilə bir qrup tələbə və müəllim heyəti “20 yanvar – Ümumxalq hüzn günü” münasibətilə Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsi qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini ehtiramla yad etdlər və məzarlarının üzərinə çiçəklər düzdülər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az