Əsas səhifə | Xəbərlər | 20 Yanvar bizim şanlı tariximizə çevrildi
20 Yanvar bizim şanlı tariximizə çevrildi

Sumqayıt Dövlət Universitetində Ritorika Universal Klubunun və Tələbə Həmkarlar İttifaqı Komitəsinin  birgə təşəbbüsü ilə ""20 YANVAR"" faciəsinin 26-cı ildönümünə həsr  olunmuş dəyirmi masa keçirildi. Mərasimi  giriş sözü ilə Tələbə Həmkarlar İttifaqinin sədri Nemət İbayev açaraq qeyd etdi ki, 1990-cı ilin 20 yanvar tarixində millətimiz məhz belə bir qəhrəmanlıq səlnaməsini yazdı. İllər, əsrlər ötsə də 20 Yanvar günü heç vaxt unudulmayacaq və şəhidlərimizin xatirəsi yaddaşlarda yaşayacaqdır.
Universitetin Karyera Mərkəzinin müdiri Zahid Bunyadov tələbələrə 20 Yanvar hadisələrindən bəhs etdi.  Bildirdi ki,  20 Yanvar hadisəsi tariximizdə qanla yazılmış səhifədir, ancaq o, təkcə faciə deyil, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şanlı bir səhifədir. Bu, uzun illər əsarətdə yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Ritorika Universal Klubun idarə heyətinin üzvləri  çıxışlarında vurğuladılar ki, belə bir faciənin bir daha Azərbaycan tarixində olmaması üçün biz gənclər Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, qanımız bahasına qazandığımız azadlığımızı və suverenliyimizi qoruyub saxlayacayıq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az