Əsas səhifə | Xəbərlər | 20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

Yanvar 19-da Tarix və coğrafiya fakültəsinin bir qrup tələbəsi Sumqayıt Tarix Muzeyində 20 yanvar faciəsinə həsr edilmiş tədbirdə iştirak etdilər. Tədbiri muzeyin müdiri Olya İslamova açaraq faciənin baş verməsi haqqında ətraflı məlumat verdi. Sonra universitetimizin “Qədim dünya və orta əsrlər tarixi” kafedrasının müəllimi Samir Kərimli həmin günlərdə xalqımızın milli-azadlıq mücadiləsi, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Qara Yanvar faciəsi zamanı şəhidlik zirvəsinə ucalan şəxslər haqqında danışdı. Tarix və coğrafiya fakültəsinin IV kurs tələbələri Fərid Vaqifli və Mirşamxal Həsənli çıxış etdilər. Tədbir Sumqayıt məktəblilərinin “20 Yanvar” mövzusunda çəkdikləri rəsm əsərlərinin sərgisi ilə başa çatdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az