Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti Beynəlxalq layihə çərçivəsində təlimlərdə
Sumqayıt Dövlət Universiteti Beynəlxalq layihə çərçivəsində təlimlərdə

Oktyabr ayının 8-10 da  Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyininin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” TEMPUS layihəsi (UNİVİA) çərçivəsində treninq keçirilib.  Oktyabr ayının 10-na kimi  davam edən treninqdə Azərbaycan, Ukrayna, QırğızıstanınTəhsil Nazirliyinin, həmçinin Azərbaycan, Qırğızıstan, Tacikistan, Ukrayna və İspaniya universitetlərinin nümayəndələri iştirak edib.
Treninqi giriş sözü ilə  ADIU-nin Beynəlxalq Əlaqələr və Proqramlar üzrə prorektor Şahin Bayramov açaraq layihə haqqında məlumat verib və iştirakçılara təlimləridə uğurlar arzulayıb.
Məlum olduğu kimi, 2013-cü ildə TEMPUS proqramının IV mərhələ 6-cı çağırışı çərçivəsində ADİU ilk dəfə olaraq koordinator qismində “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” layihəsi ilə qalib olmuşdur. Xarici və yerli tərəfdaşlar arasında Sumqayıt Dövlət Universiteti də vardır.
Təsdiq edilmiş iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində geniş tərkibdə treninq keçirilib. Treninqin əsas mövzusu tərəfdaş univeristetlərdə beynəlxalq əlaqələr sahəsində mövcud vəziyyətin icmalı və müzakirəsindən ibarət olub. Üç gün ərzində Avropa İttifaqı universitetlərindən olan İspaniyanın Malaqa Universitetinin nümayəndəsi Xuan Antonio Martin məruzəçi kimi  yerli, regional universitetlerlə yanaşı, təhsil nazirliklərinin nümayəndələri ilə təhsil müəssisələrinin beynəlxalq əlaqələr üzrə fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə yeni strateji planların,  təlimatın hazırlanması üçün təlim keçmişdir. Qeyd edək AzərbaycanTəhsil Nazirliyinin Elm və təhsil şöbəsinin əməkdaşı İlham Hümbətov təliminin gedişatının daha da çevik olması üçün öz təkliflərini vermişdir. Beləki, təlim diskusiya xarakterli, təqdim olunmuş əyani vasaitlərlə produktiv xarakterdə davam etdirilmişdir.
UNİVİA TEMPUS proqramının əsas hədəfi Avropanın aparıcı tərəfdaş universitetlərinin beynəlxalq əlaqələr sahəsindəki müsbət təcrübələrinin regional tərəfdaş ölkələrə gətirilməsi və həmin ölkələrin ali təhsil müəssisələrinin inkişaf etdirilməsidir.
Qeyd edək ki, təlimlərdə Sumqayıt Dövlət Universitetini “Beynəlxalq Əməkdaşlıq” şöbəsinin əməkdaşı Məmmədova Samirə təmsil etmişdir.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az