Əsas səhifə | Xəbərlər | “Biz rusca danışırıq” klubunun növbəti görüşü
“Biz rusca danışırıq” klubunun növbəti görüşü

Ana dili hər kəsin böyük sərvətidir. Müxtəlif dilləri bilmək isə onun baş ucalığıdır. Tələbələrin hərtərəfli inkişafına təkan verən universitetimizdə “Biz rusca danışırıq” klubunun növbəti görüşü keçirildi. Xarici dil biliklərinin mükəmmələşdirmək istəyən tələbələrlə belə görüşlərin keçirilməsinin təşəbbüskarı “Xarici dillər kafedara”sının müdiri professor Nigar İsgəndərovadır. Görüşün açılışını edərkən o qeyd etdi ki, artıq bir neçə ildir kafedramızda ingilis dilini öyrənənlər üçün “Conversation club” fəaliyyət göstərir. Bu ildən başlayaraq isə belə tədbirlər rus və alman dillərində də keçirilir. Görüşdə kafedranın baş müəllimi Əminə Musayeva Moderator xarici dillərin öyrənilməsinin vacibliyini qeyd edərək ümummilli lider Heydər Əliyevin “ Mən istəyirəm ki, bizim gənclər Nizamini Azərbaycan dilində, Puşkini rus dilində, Şekspiri isə ingilis dilində oxusunlar” kəlamını səsləndirdi. Bildirdi ki, rus dili BMT, UNESCO və digər beynəlxalq təşkilatların rəsmi dillərindən biridir. Hal-hazırda rus dilinə olan maraq bilavasitə siyasi, iqtisadi və sosial amillərlə bağlıdır. Müasir mütəxəssis bir neçə dili bilməlidir. Bizim görüşlərimizin məqsədi rus dilinin öyrənilməsi üçün təməl yaratmaq, tələbələrin dünya görüşlərini artırmaq və onların diyarşünaslıq biliklərini genişləndirməkdir. Sonra görüşün mövzusu “Tanışlıq” elan edildi. Təqdim edilən tematik slaydlar, videomateriallar canlı maraq doğurdu. Salamlaşma formaları və bütövlükdə nitq mədəniyyəti məsələləri, canlı insan ünsiyyəti mövzusu və internetdə olan müraciət formalarına toxundu. “Rusiyalı müxbir” İvanov Vladimir Petroviçin (Süleymanov Mir-Mənsur, qr.770) otağa daxil olması əsl sürpriz oldu. O tələbələrdən qısa müsahibə götürdü . Tələbələr verilən suallara cavab verdilər, gələcək planlarını dilə gətirdilər. Sonra İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin hazırladıqları kiçik yumoristik səhnə təqdim edildi. Tədbirin sonunda universitetin rektoru, professor Elxan Hüseynov çıxış etdi. O, bir daha ümummilli liderimiz Heydər Əliyevin kəlamını əsas gətirərək qeyd etdi ki, xarici dilləri öyrənmək çox vacibdir, çünki bu, dünya elmi və bədii ədəbiyyatı ilə tanış olmağa imkan yaradır. O, tələbələrin müxbirə cavablarına toxunaraq dedi: “Çox yaxşı haldır ki, tələbələr gələcəyə planlar qurur, magistraturada təhsil almaq və peşə karyeralarını qurmaq arzusundadırlar.” Rektor həmçinin, SDU-nun xarici ali məktəblərlə əməkdaşlığı perspektivləri haqqında məlumat verdi və tələbələrə uğurlar arzuladı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az