Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Alimlərimizin uğuru
Alimlərimizin uğuru
Tarixin müxtəlif dönəmlərində bəşər mədəniyyətinə qüdrətli simalar, mütəfəkkir alimlər, ictimai xadimlər bəxş edən Azərbaycan bu gün də tanınmış, nüfuzlu  alimlər yetişdirir. Onlardan biri də,  Sumqayıt Dövlət Universitetinin “Neft kimyası və kimya texnologiyası” kafedrasınn müdiri, professor Əkbər Ağayevdi. O, bu günlərdə “Şərq-Qərb” Qabaqcıl Tədqiqatlar və Ali Təhsil üçün Assosiasiyanın redaksiya heyətinin üzvü, Analitik və Tətbiqi Kimya Avropa jurnalına redaktor seçilmişdir. Qeyd edək ki, “Şərq-Qərb” Qabaqcıl Tədqiqatlar və Ali Təhsil üçün Assosiasiyanın baş ofisi Vyanada yerləşir  və burada elmi araşdırmalar aparır. Eyni zamanda Assosiasiya kitab redaktəsi, nəşri, jurnal nəşri, tərcümə və əlaqədar akademik işlərlə də məşgul olur, redaktorun  üzvlük müddəti beş ildir və müvafiq olaraq yenidən təyin edilə bilər. 
Bu münasibətlə universitetimizin çox saylı professor-müəllim və tələbə heyəti   professor Əkbər Ağayevi təbrik edir və işlərində  uğurlar arzulayır.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az