Əsas səhifə | Xəbərlər | Universitetimizin Elmi xəbərləri xarici ölkələrdə də oxunur
Universitetimizin Elmi xəbərləri xarici ölkələrdə də oxunur
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilin və elmin inkişafına verilən dəstək. “Regionların sosial - iqtisadi inkişafı proqramı” çərçivəsində  görülən möhtəşəm işlər, gerçəkləşən layihələr universitetimizdə də mühüm islahatların həyata keçirilməsinə şərait yaradır.Əldə olunan nailiyyətlər nəticəsində beynəlxalq elmi əlaqələrimiz intensiv olaraq genişlənir, elmimizin və alimlərimizin dünya elminə inteqrasiyası prosesi sürətlənir. Rektor, professor Elxan Hüseynovun tədqiqatçı alimlərə göstərdiyi diqqət elmi yaradıcılıq mühitinin inkişafına, tədqiqatçılarımızın  uğurlarının genişlənməsinə stimul verir.
Universitetimizin Elmi Xəbərlər toplusunda dərc olunmuş məqalələr dünyanın bir çox ölkələrində o cümlədən, ABŞ, Avropa və MDB ölkələrinin bir çoxunda maraqla oxunur. Beləki universitimizin “Difernsial tənliklər və optimallşdırma” kafedrasının dosenti Əkbər Məmmədov “Journal of Mathematics and System  Science” (ABŞ), “Journal of Control Science and Engineering” (ABŞ),  “Laplambert Academic Publishing” (Almaniya, Düsseldorf) jurnallarından əməkdaşlıq təklifi almışdır.  
Laplambert Academic Publishing” (Almaniya, Düsseldorf) jurnalı əməkdaşımızın  SDU-nun Elmi Xəbərlər Təbiət və texniki elmlər bölməsi cild 15 № 2-də çıxan “Rəqs edən proseslər üçün əlavə məhdudiyyətli hərəkət edən optimal idarəetmə məsələsi” adlı məqaləsinin onların marağına səbəb olduğunu bildirmiş və öz kitablarında çap edilməsi marağında  olduqlarını bildirmişlər. 
Tədqiqatçı alimlərimizin uğulu işlərinin xarici ölkələrdə yaratdığı maraq universitetimizin elmi əlaqələrinin inkişafına zəmin yaratmaqdadır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az