Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Mövlanə mübadilə proqramı
Mövlanə mübadilə proqramı

Mövlanə Mübadilə Proqramı (MMP)  – Türkiyə daxilində təhsil verən ali təhsil müəssisələri ilə ölkə xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və pedaqoq mübadiləsini həyata keçirmək məqsədi daşıyır. 2011-ci il 23 avqust tarixindən bu işə start verilmişdir.
Partnyor Universitetlərdən olan tələbə və müəllimlər qarşılıqlı olaraq bu proqramdan yararlana bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr ən azı bir, ən çoxu iki semestr təhsil üçün, pedaqoqlar isə ən azı 1 həftə, ən çoxu 3 ay müddətə Türkiyədəki ali təhsil müəssisələrində (ikitərəfli Mövlana Mübadilə Protokolu imzalandığı halda) dərs deməklə proqramdan faydalana bilərlər.
Mevlana Mübadilə Proqramı - tanınmış fars dilli şair, panteizm fəlsəfəsinin tanınmış nümayəndəsi Mövlana Cəlaləddin Ruminin şərəfinə adlandırılmışdır.
Mövlanə Mübadilə Proqramında kimlər iştirak edə bilər?
Mövlanə Mübadilə Proqramında Türkiyədəki bütün ali təhsil müəssisələrində (Mövlana Mübadilə Proqramı Protokolunu imzalamış olan ali təhsil müəssisələrində) qeydiyyatda olan hazırlıq, bakalavr, magistr və doktoranturada təhsil alan tələbələr və ölkə daxili və ölkə xarici ali təhsil müəssisələrində çalışan bütün pedaqoq heyəti də proqramda iştirak edə bilərlər. Mübadilə dövründə pedaqoqların akademik fəaliyyəti toplam altı saatdan az olmamalıdır. Pedaqoqlar tərəfindən həyata keçirilən fəaliyyətlərin saat olaraq hesablanmasında dərslərə əsas yer verilir. Dərs saatlarının həftəlik 6 saatı doldurmaması zamanı seminar, konfrans və diskussiyaların keçirilməsi kimi akademik fəaliyyət də nəzərə alınır. Dərs vermə fəaliyyətini nəzərdə tutmayan pedaqoqların mübadilə planları Mövlana Mübadilə Proqramı çərçivəsində qəbul edilmir.
Mövlanə Mübadilə Proqramında iştirak şərtləri.
•Tələbə proqrama qoşulan ali təhsil müəssisəsində hazırlıq, bakalavr, magistr və ya doktorant olmalıdır;
•Hazırlıq və bakalavr tələbələrinin ümumi akademik orta balı 4 üzərindən ən azı 2.5 olmalı; – minimum orta qiymət 75(100 ballıq qiymətləndirmə sistemində);
•Magistr və doktorantların  ümumi akademik orta balı 4 üzərindən ən azı 3 olmalı; minimum orta qiymət 80 (100 ballıq qiymətləndirmə sistemində)
•50% dil göstəricisi (xal) +50% orta bal
Hazırlıq və bakalavr pillələrinin birinci ilində təhsil alan tələbələr ilə elmi hazırlıq mərhələsində olan magistr və doktorantlar əsas təhsilə başladıqları birinci semestr üçün bu proqramdan faydalana bilməzlər.
Proqramdan faydalanmaq arzusunda olanlar həmin ali təhsil müəssisələrinin Mövlanə Mübadilə Proqramı Koordinasiya mərkəzinə müraciət edə bilərlər.
Tələblər sadəcə öz doğma ali təhsil müəssisələrinə borclu olduqları təhsil haqqını ödəyirlər, mübadilə proqramı çərçivəsində gedəcəyi ali təhsil müəssisəsinə isə heç bir təhsil haqqı ödəmirlər.
Mövlanə Mübadilə Proqramı çərçivəsində ölkə xaricində təhsil alan tələbənin aldığı dərslər Təhsil Protokolunda dərslərin uyğunluğu açıqca göstərildiyi səbəbindən tələbə vətənə döndüyündə tələbə il itkisinə məruz qalmır.
Türkiyə xaricində mübadilə proqramında iştirak edəcək tələbələrə gedəcəyi ölkə nəzərə alaraq fərqli təqaüdlər verilir. Türkiyənin ali təhsil müəssisələrində təhsil alacaq tələbəyə isə Ali Təhsil Şurası (YÖK) tərəfindən müəyyən olunmuş təqaüd ayrılır. 
Tələbələr alacaqları təqaüdün 70%-ni aylıq, qalan hissəni isə keçdiyi dərslərin müvəffəqiyyəti əsas götürülərək, uğurlu dərslərin ballarının ümumi almış olduğu dərslərə nisbəti nəzərə alınaraq ödənilir.
Aşağıda göstərilən digər bütün xərcləri tələbələr özləri ödəyirlər:
a.Nəqliyyat xərcləri
b.Otaq və yemək xərcləri
c.Tibbi sığorta və səhiyyə xidməti xərcləri
d.Dərsliklər, geyim və şəxsi xərclər
e.Pasport və viza xərcləri; Türkiyədə oturma izni
Proqramın imkanları daxilində, Türkiyə qanunvericiliyində qeyd olunduğu üzrə gələn və gedən  akademik heyətin səyahət vəsaiti ödəniləcəkdir. Ölkəsindən və vəzifəsindən asılı olaraq akademik heyətə ayrılacaq əlavə qrantları  Türkiyə Ali Təhsil Şurasının İcra Heyəti müəyyən edəcək.
Bakalavr və magistr tələbələr partnyor universitetdə bir semester və ya bir akademik il davam edən tədris proqramını davam etdirmək məqsədilə öz universitetlərinə müraciət edə bilərlər. Aydındır ki, hər bir universitet mübadilə üçün yüksək nəticələrə malik və kamil tələbələrin namizədliyini irəli sürəcəkdir.  Mübadilə üçün nazmiədlikləri irəli sürülmüş  hər tələbənin qəbulu üzrə yekun rəyi qəbul edən universitet bildirəcəkdir..
Tədris dili ingilis dili olan TC universitetləri üçün ana dili İngilis dili olmayan namizədlərdən İngilis dili biliyi üzrə müəyyən formal göstəricilər tələb olunacaq. 
Mübadilə olunan tələbələr qəbul edən universitetin bütün qanun və qaydaları ilə razılaşmalıdırlar.
Tələbələr üçün tələb olunan sənədlər:
1.Namizəd tələbənin ərizə forması (www.yok.gov.tr  /web/mevlana/belgeler);
2.Təhsil aldığı universitet tərəfindən verilən təsdiq olunmuş cari akademik transkript;
3.Xarici dil üzrə bilik səviyyəsini göstərən sənəd.
AKADEMIK HEYƏT ÜÇÜN:
Akademik heyət (müəllmlər) də Mövlanə Mübadilə Proqramında iştirak edə bilər. 
Müəllimlərə bir həftə (minimum) və yaxud üç ay (maksimum) müddətində Türkiyə
universitetlərində dərs vermək,  həmçinin konfranslarda işirak  etmək, tədqiqat işləri aparmaq imkanları verilir. Akademik heyət üçün tələb olunan sənədlər:
1.Akademik personalın məlumat forması;
2.Akademik personalın mobillik proqramı Namizədlər bu sənədləri http://www.yok.gov.tr/web/mevlana/belgeler internet saytından əldə edə bilərlər.
Tələb olunan  ərizə formalarını  19  fevral 2016-cı il tarixinə qədər düzgün doldurulmuş vəziyyətdə həm elektron variantda, həm də kağız formasında SDU-nun Beynəlxalq Əməkdaşlıq təqdim etmək lazımdır.
Ünvan: SDU-nun Beynəlxalq Əməkdaşlıq Şöbəsi.
E-mail:bsdu@mail.ru
Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq etdiyimiz Türkiyə universitetləri: AdiyamanUuniversiteti mevlana@adiyaman.edu.tr 
Çankiri Karatekin Universiteti mevlana@karatekin.edu.tr
Nevşehir Haci Bektaş Universiteti   mevlana@nevsehir.edu.tr
Necmettin Erbakan Universiteti   mevlana@konya.edu.tr   Web:www.konya.edu.tr Sakarya Universiteti erasmus@sakarya.edu.tr 
Adnan Menderes Universiteti  www.adu.edu.tr/mevlana/
Əlavə məlumat üçün:
mevlana.yok.gov.tr/

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az