Əsas səhifə | Xəbərlər | Təhsil Nazirliyində kollegiya iclası keçirilib
Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Noyabrın 6-da Təhsil Nazirliyində nazirliyin məsul işçilərinin, müvafiq struktur bölmələrinin və şöbələrinin rəhbərləri, ali təhsil müəssisələrinin rektorları da kollegiya iclasında iştirak edirdi.

İclasda təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan, bu sahədə qazanılan uğurlardan danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran nazir dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayıb. Strategiyanın qəbulundan ötən bir il ərzində həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələr, mövcud problemlər və onların ardan qaldırılması yolları haqqında fikirlərini bildirib.

Nazir qeyd etdi ki, müəllim fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədi ilə ilk dəfə olaraq Bakı şəhərindəki məktəblərin müəllimlərinin sınaq qiymətləndirilməsi keçirilib. Ümumtəhsil və peşə liseylərinə müəllimlərin işə qəbulunda yeni mexanizmin tətbiqində şəffaflıq təmin olunub.
M. Cabbarov, eyni zamanda, bu il ilk dəfə olaraq Azərbaycanda 271 adda 7,8 milyon nüsxə dərslik və müəllim üçün vəsaitin çap olunduğunu, II, III, VI və VII siniflər üçün 25 adda elektron dərsliklərin hazırlanaraq müvafiq portalda yerləşdirildiyini də diqqətə çatdırıb.

Kollegiya iclasında ali təhsil müəssisələrinin bakalavriat  və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili, SABAH qruplarının yaradılması, tələbə kreditləri və qrantları layihəsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icra vəziyyəti, normativ-hüquqi aktların təsdiqi mövzularındakı məsələlər müzakirə olunub.

Tədbirdə SDU-nun rektoru, dosent Elxan Hüseynov  çıxış edərək müzakirəyə çıxarılan məsələlərə  münasibətini bildirərək təkliflərini kollegiya iştirakçılarının diqqətinə çatdırdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az