Əsas səhifə | Xəbərlər | Millət vəkilləri SDU-nun kollektivi ilə görüşdü
Millət vəkilləri SDU-nun kollektivi ilə görüşdü

Fevralın 17-də Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Milli Məclisin deputatları cənab Muxtar Babayev və cənab Tahir Mirkişilinin şəhərimizin yeganə ali təhsil ocağı olan Sumqayıt Dövlət Universitetinin kollektivi ilə görüşü keçirildi.
Tələbə gənclərin, müəllimlərin də iştirak etdiyi tədbiri giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açaraq, millət vəkillərini universitetimizdə gördüyünə məmnun olduğunu bildirdi və iştirakçılara tədbirin məqsədi, mahiyyəti haqqında geniş məlumat verdi. Qeyd etdi ki, hazırki dövrdə hər bir dövlətin inkişafında əsas rolu məhz təhsil oynayır. Bu səbəbdən də dövlət yüksək elmə malik olan insanlarının fəaliyyəti əsasında inkişaf edə, yüksək nailiyyətlər qazana bilər. Bu gün ölkəmizdə bu sahəyə böyük önəm verilir. Təhsilin inkişafında, o cümlədən ali təhsilimizin indiki vəziyyətə gəlib çıxmasında ölkə başçısı cənab İlham Əliyevin fəaliyyəti danılmazdır. Onun rəhbərliyi ilə son illərdə təhsil sistemində baş verən dəyişikliklər, çoxsaylı nailiyyətlər bu sistemin inkişaf mərhələsində yeni, həlledici yollar açdı. Sürətlə yeniləşən respublikamızda müasir təhsil sisteminin formalaşması məqsədilə universitetimizdə strateji istiqamətdə genişmiqyaslı islahatlar aparıldığını, görülən işlər və qarşıda duran vəzifələr haqqında da məlumat verdi.
Tədbirdə millət vəkili cənab Muxtar Babayev universitetin kollektivini salamlayaraq növbəti görüşünün Sumqayıt Dövlət Universitetində keçirilməsindən məmnunluğunu ifadə edərək, bu ali təhsil ocağı onun üçün çox doğma və son zamanlar universitetdə aparılan yenidənqurma, abadlıq işlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Cənab Muxtar Babayev rəhbərlik etdiyi "Azərikimya" İstehsalat Birliyi ilə SDU arasında əməkdaşlığın gücləndiyini vurğuladı.
Millət vəkili cənab Tahir Mirkişili ölkədə baş verən ictimai-siyasi hadisələrdən, qeyri - neft sektorunun inkişafından və Prezident İlham Əliyevin ölkə problemlərinə, vətəndaşların sosial rifahına, onları narahat edən problemlərə necə hassaslıqla yanaşdığını, iqtisadi böhranın təsirini minimuma endirmək üçün geniş proqram hazırlandığını bildirdi.
Görüşün sonunda deputatlar tələbə və müəllimlərin verdiyi sualları cavablandırdılar, onların təkliflərinə fikir bildirdilər.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az