Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi

Fevralın 8-də Elmi Şuranın növbəti  iclası keçirildi. İclası giriş sözü ilə açan universitetin rektoru, professor Elxan Hüseynov şura üzvlərinə gündəlikdəki məsələləri şura üzvlərinin nəzərinə çatdırdı. Sədr görülən işlər və qarşıda duran vəzifələr haqqında da məlumat verdi.
Tədris Metodik Mərkəzinin direktoru, dosent İsabal Qurbanov  payız imtahan sessiyasının nəticələri barədə çıxışında qeyd etdi ki, dekabrın 29-da Sumqayıt Dövlət  Universitetində 2015- 2016-cı tədris ilində əyani şöbəsi üzrə qış imtahan sessiyası işə başlamış, yanvarın 31-də başa çatmış imtahanlar bütün fakültələr üzrə monitorinq üsulu ilə həyata keçirilmişdir. Rektor, professor Elxan Hüseynov 2015 - 2016-cı tədris ilində universitetdə qış imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədi ilə əmr vermişdir.
Qış imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədi ilə rektorluğun nümayəndələri Qiyabi, distant və əlavə təhsil üzrə prorektor, dosent Qafar Atayev Kimya və biologiya və Fizika və elektoenergetika fakültələri üzrə, Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov Tarix və coğrafiya, Filologiya, İqtisadiyyat və idarəetmə, Mühəndislik və Riyaziyyat  fakültələri üzrə təhkim olunmuşdular. İmtahanlara müəyyənləşdirilmiş nəzarətçi-müəllimlər nəzarət edirdilər. Sessiyanın gedişinə operativ nəzarət etmək, yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində «Qaynar xətt» yaradılmışdır. Bu məqsədlə Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulmuşdur.Qərargahın sədrinə tapşırılmışdır ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyi «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində komissiyalar yaradılmışdır. Qış  imtahan sessiyasının obyektiv və şəffaf keçirilməsi üçün hər cür  şərait yaradılılmışdır. Bu səbəbdən də qış imtahan sessiyası uğurla başa çatmış, tələbələrimiz öz bilik və bacarıqlarını əldə etdikləri nailiyyətlərlə nümayiş etdirmişlər.
2015-2016-cı tədris ilində qiyabi təhsil alan tələbələrin payız imtahan sessiyasının yekun nəticələri ilə bağlı Qiyabi, distant və əlavə təhsil üzrə prorektor, dosent Qafar Atayev, magistr pilləsi üzrə payız imtahan sessiyasının nəticələri üzrə Doktorantura və magistratura şöbəsinin müdiri, dosent Ramiz Hüseynov çıxış edərək tələbələrin biliyinin qiymətləndirməsində şəffaflığı və obyektivliyin tam təmin olunduğunu qeyd etdilər. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 08.12.2015-ci il tarixli 1108 nömrəli əmrinə uyğun olaraq tədris vasitələrinə nəşr hüququ(qrif) verilməsinin tənzimlənməsi qaydaları haqqında Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov çıxış etdi.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalamışdır. 25 yanvar  2016-cı il tarixindən sərəncamın icrasının təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 13.5-ci maddəsini rəhbər tutaraq əmr vermişdir. Həmin əmrə uyğun olaraq universitetimizdə yüksək nəticə göstərən təhsilalanların təqaüdlərin veriləcəyi haqqında məlumat verdi.
Universitetin rektoru, professor Elxan Hüseynov başlıca  vəzifələrlə bağlı tövsiyyə-tapşırıqlarını şura üzvlərinin  diqqətinə çatdırdı. 2017-ci ildə Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyinə hazırlıq məsələləri müzakirə olundu. Fikir və təkliflər dinlənildi.
Rektor, professor Elxan Hüseynov İnformatika kafedrasının müdiri Valeh Mustafayevə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmləri doktoru elmi adın verilməsi münasibətilə təbrik etdi,  ona pedaqoji fəaliyyətində, elmi tədqiqatlarında yeni-yeni nailiyyətlər arzuladı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az