Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | TEC üzvlərinin növbəti səfəri Sankt-Peterburqa olacaq
TEC üzvlərinin növbəti səfəri Sankt-Peterburqa olacaq

Universitetimizin kompleks inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi, tədrisin keyfiyyətinin artıtırılması, elmi innovasiyalar istiqamətində əldə etdiyi nailiyyətlər onun  nüfuzunu artırmaqla yanaşı, beynəlxalq əlaqələrinin də genişləndirilməsinə təkan verir. Rektor, professor Elxan Hüseynovun rəhbərliyi ilə beynəlxalq konfranslara, simpozium və forumlara ev sahibliyi edən SDU-nun  tanınmış alimlərinin sorağı xarici təhsil ocaqlarından gəlir. Müxtəlif  universitetlərdə təşkil olunan elmi konfransları alimlərimizin iştirakı olmadan təsəvvür etmək olmur. Rektorun ünvanına daxil olan məktublar dediklərimizi bir daha təsdiq edir.
Çox hörmətli Elxan  Hüseynov!
Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq milli tədqiqat Akademik Universiteti Optoelektronika, Fotonika və Nanostrukturlar üzrə “Saint Petersburg OPEN 2016” adlı beynəlxalq konfrans təşkil edir. Konfransın proqram komitəsinin sədri, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Nobel mükafatı lauratı, Sankt-Peterburq Akademik Universitetinin rektoru, akademik Jores İvanoviç Alferovdur. Konfransa tələbələri, doktorantları və gənc alimləri fizikanın və nano- texnologiyanın əsas naliyyətləri və aktual məsələləri ilə tanış etmək məqsədi ilə bir sıra dəvət olunmuş qabaqcıl alimlərin məruzələri daxil edilib.
“Saint Petersburg OPEN 2016” adlı beynəlxalq konfransın Proqram Komitəsi  Sumqayıt Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətin elmi rəhbəri İslam Paşayev Fizika və elektroenergetika, Kimya və biologiya fakültələrinin tələbələri Fidan Əliyeva, Surət Səidov, Teymur Səfiyev, Aygün Qənbərzadə, Günel Axundova, Yaqut Yusifova ilə birlikdə konfransda iştirak etməyə dəvət edir.
Konfrans 28-30 mart 2016-cı ildə Akademik Universitetin Akt zalında keçiriləcəkdir.
Təşkilat Komitəsinin Sədri,  Rusiya Elmlər Akademiyasının müxbir üzvi A.E. Jukov.
Akademik Jores İvanoviç Alfyorovun rəhbərliyi ilə Sankt Peterburq Akademik Universitetində 28-30 mart 2016-cı il tarixində keçiriləcək “Saint Petersburg OPEN 2016” beynəlxalq məktəb konfransına Sumqayıt Dövlət Universitetinin Tələbə elmi Cəmiyyətinin üzvlərinin seçilməsi fakültələrdə təşkil olunmuş seminarlarda aparıldı.  
Fevralın 20-də Kimya və biologiya, Fizika və elektroenergetika fakültələrində aparılan seminarda Fizika və elektroenergetika fakültəsi üzrə II kurs tələbəsi Teymur Səfiyev, Kimya və biologiya fakültəsi üzrə IV kurs tələbələri Aygün Qənbərzadə, Yaqut Yusifovanın göndərilməsi məqsədəuyğun hesab olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az