Əsas səhifə | Xəbərlər | Tələbə Gənclər Təşkilatının fəaliyyəti müzakirə olundu
Tələbə Gənclər Təşkilatının fəaliyyəti müzakirə olundu

Sumqayıt Gənclər Evində Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatının idarə heyəti iclası keçirildi. İclasda Tələbə Gənclər Təşkilatının 2015-ci il ərzində gördüyü işlər, növbəti II rübdə həyata keçirilməsi planlaşdırılan tədbirlər, prespektivlər, tələbə-gənclərin fəaliyyətinin stimullaşdırılması, onların təhsillə yanaşı ictimai işlərə həvəsləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili üçün maraq sahələrinə uyğun tədbirlərin keçirilməsi müzakirə olundu. Baş İdarənin Gənclər iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov və Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Elvin Gülməmmədov ölkə tələbələrinin fonunda sumqayıtlı tələbə-gənclərin də daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, Tələbə Gənclər Təşkilatlarının layihə və proqramlarının dəstəkləndiyini, təşəbbüslərinin reallaşdırılması üçün hərtərəfli şərait yaradıldığını vurğuladılar.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az