Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Xocalı soyqırımının qurbanları anıldı
Xocalı soyqırımının qurbanları anıldı

Fevralın 24-də Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Kimya və biologiya fakültəsində Xocalı faciəsinin anım mərasimi keçirildi. Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə dosent Musa Mustafayev açaraq xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını və Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biri olduğunu  vurğuladı.Dosent işğaldan sonra erməni qəsbkarları təfəfindən azərbaycanlılara məxsus bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılmasnı ümumilikdə dünya sivilizasiyasına qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirirb. Bildirilib ki, faciədən artıq 24 il keçməsinə baxmayaraq, vəhşicəsinə, xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilmiş soydaşlarımızın, qəhrəman oğul və qızlarımızın əziz xatirəsi dünyanın hər bir tərəfində ehtiramla anılır
Daha sonra TGT sədrinin müavini Eldar Müzəffərov qeyd etdi ki, bu vəhşiliyin törədilməsi haqqında planlar əslində çoxdan planlaşdırılırdı və bunu sübut edən faktlarda artıq məlumdur. O, həmçinin təmsil etdiyi qrumun bu yoldakı vəziflərindən, tələbələrin də bu işdə bilavasitə iştirakının zəruriliyini vurğuladı. Məhz bunun üçün 26 fevral tarixində hər kəsin  #JusticeForKhojaly həştaqı ilə sosial şəbəkələrdə Statuslar paylaşmağa səslədi. Daha sonra fakültənin I kurs  tələbələri Əmrah Novruzlu, Sevinc İmanova , II kurs tələbəsi  Aynurə Fərhadova mövzü ətrafında çıxış edərək, xarici jurnalistikanın gözündə faciənin necə təsvir olunduğunu iştirakçıların diqqətinə çatdırdı.
Sonda  Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az