Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Xocalı soyqırımı fakültələrdə anıldı
Xocalı soyqırımı fakültələrdə anıldı

Universitetimizin TGT-nın təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə, Tarix və coğrafiya fakültələrində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, tariximizin qan yaddaşına bir daha nəzər salındı.
Tədbiri Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev  açaraq bildirdi ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. Erməni qaniçənlərinin bəşər tarixinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımını törətdiklərini və bunun nəticəsi olaraq BMT-nin Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından qeyd şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd Qətnaməyə baxmayaraq, bu işğalçı dövlətə heç bir təzyiq göstərilmədiyini qeyd etdi.
Tədbirdə TGT-nın sədr müavini Eldar Müzəffər oğlu, İqtisadiyyat və idarəetmə fakültəsinin 1-ci kurs tələbəsi Musayev Saleh, Tarix və coğrafiya fakültəsinin 1-ci kurs tələbələri  Miriyev Əli və Qasımlı Nicat öz çıxışlarında qeyd etdilər ki, miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Sonra faciəni özündə əks etdirən videoçarx nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az