Tələbələrimiz Fizika İnstitutunda təcrübə keçiblər
						
					
					
					
					
					
						Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin Fizika kafedrasının müəllim və II kurs magistrantları dekabrın 17–də Elm və Təhsil Nazirliyinin Həsən Abdullayev adına Fizika İnstitutunda təcrübə keçiblər. Əvvəlcə tələbələrə institutun fəaliyyəti, buradakı laboratoriyalar və aparılan elmi-tədqiqat işləri barədə məlumat verilib. Sonra tələbələr Nüvə və yüksək enerjilər fizikası, Kristalofizika, Aşkarlı yarımkeçiricilər laboratoriyaları ilə tanış olublar. Onlar təcrübə zamanı kristalların müxtəlif tədqiqat metodlarını tətbiq edərək, bu monokristallarla bağlı nəzəri biliklərini sınayıblar.
                
             .jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)