Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Yarımçıq qalmış xına” adlı ədəbi-bədii kompozisiya təşkil olundu
“Yarımçıq qalmış xına” adlı ədəbi-bədii kompozisiya təşkil olundu

Fevralın 26-da  Filologiya fakültəsinin Xarici dillər kafedrasının təşkilatçılığı ilə Azərbaycan və ingilis dilində “Yarımçıq qalmış xına” adlı ədəbi-bədii kompozisiya təşkil olundu. Kompazisiyada əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət-ənənəyə  çevrilmiş Xınayaxdı mərasimi təsvir olunmuşdur. Mərasimdə yaşanan  xoşbəxt və qəlbi min bir arzu ilə döyünən insanların sevincini mənfur düşmənlərimiz bir anın içində güllə, süngürlə paramparça edib, göz yaşına  bələdi. Yarımçıq bir ömrün faciəsinə  tamaşa etmək faciəni yaşamaq qədər çətin idi. Xocalıda, ümumiyyətlə Qarabağda, bütöv Azərbaycanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzündən qana bələnən toy-düyün mərasiminə həsr olunan tamaşa bu kədərli günlərdə tələbələrə təqdim olunmaqla onların qəlnbində düşmənə nifrət hissini alovlandırdı. Şuşada enən bayraqların qaldırılması üçün onlarda vətənpərvərlik ruhunu dirçəltdi. Qarabağda, Xocalıda qana bələnən toy çadırlarının qurulması üçün əllərindən gələni əsirgəməyəcəyinə söz verən tələbələr Ali Baş Komandanının ətrafında daha sıx birləşəcəklərini dilə gətirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az