Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Xocalı qan yaddaşımızdır
Xocalı qan yaddaşımızdır

Fevralın 27-də Ritorika Universal Klubunun təşkilatçılığı ilə tələbə və müəllimlərin iştirakı ilə “Xocalı qan yaddaşımızdır” mövzusunda anım mərasimi keçirildi.
Öncə Xocalıda və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Anım tədbirində rektor, professor Elxan Hüseynov Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri soyqırım haqqında iştirakçılara geniş məlumat verərək bildirdi ki, amansızlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından 24 il ötür. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verildi. Bu gün cənab Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyəti göz önündədir. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya Ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.
Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasətinin ən qanlı səhifələrindən biri olduğunu və  bu cinayətin arxasında ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu apardığı amansız siyasət planı dayandığını vurğuladı.
Sonda Xocalı faciəsinə həsr olunmuş filmi iştirakçılara təqdim olunmuşdur.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az