Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz “Sumqayıt 2025-Gənclər Paytaxtı” tədbirində təltif olunub
Yerləşdirilmə tarixi : 02 Fevral 2025 19:40
Tələbəmiz “Sumqayıt 2025-Gənclər Paytaxtı” tədbirində təltif olunub

Fevralın 2-də Sumqayıt şəhərində “Gənclər Həftəsi” çərçivəsində Azərbaycan Gəncləri Günü və “Sumqayıt 2025 – Gənclər Paytaxtı”nın rəsmi açılış mərasimi keçirilib. “Kimyaçı” Mədəniyyət Mərkəzində baş tutan tədbirdə əvvəlcə ölkəmizin süverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, deputat Şahin İsmayılov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov çıxış ediblər. F.Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Z.Fərəcova təqdim edib. Gənclər və idman naziri həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə mükafata layiq görülmüş gənclərə mükafatları təqdim edib. Sonra Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş olunub, “Gənclər Paytaxtı” Sumqayıtın maskotu ictimaiyyətə təqdim edilib. Sonra Sumqayıtlı gənc Vüqarə Əzizovanın çıxışından sonra Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin Gənci” mükafatları gənclərə təqdim olunub. Qeyd edək ki, mərasimdə Sumqayıt Dövlət Universitetinin tələbəsi Həmayıl Musayeva da təltif olunub. Tədbir konsert proqramı ilə davam edib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az