Əsas səhifə | Xəbərlər | Bir qrup tələbəmiz Bakıda Heydər Əliyev Mərkəzində oldular
Bir qrup tələbəmiz Bakıda Heydər Əliyev Mərkəzində oldular

Sumqayıt Dövlət Univeristetinin bir qrup tələbəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Bakıda Heydər Əliyev Mərkəzində oldular.
İlk öncə tələbələri böyük hörmətlə qarşılayan Mərkəzin işçiləri  Mərkəz haqqında onlara ətraflı məlumat verdilər. Giriş zalında qoyulan  Ulu Öndərin  rəhbərlik etdiyi 1969-2003-cü illərdə istifadəsində olan xidməti Çayka, Zim və Mersedes markalı maşınları tələbələrin  marağına səbəb oldu.
Mərkəzin birinci mərtəbəsində tələbələr  H.Əliyevin həyat və  fəaliyyətini  əks etdirən  məlumatlarla tanış oldular və bu dövrü xarakterizə edən videoçarxı izlədilər. İkinci mərtəbədə Ümummilli Liderin keçirdiyi görüşlərlə, onun nitqləri, müxtəlif ölkə rəhbərlərinin Heydər Əliyevə verdikləri hədiyyələrlə, təltif olunduğu orden və medallarla, iş masası və təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdə geyindiyi formalarla tanış oldular.
Sonda tələbələrimizə Mərkəzdə dahi şəxsiyyətlə bağlı yaradılmış arxiv bölməsində internet vasitəsilə müxtəlif sahələrdə gördüyü işlərdən də ətraflı məlumat verildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az