Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı Tarix və coğrafiya fakültəsində keçirildi
Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı Tarix və coğrafiya fakültəsində keçirildi

TEC-in Tarix və coğrafiya fakültəsinin Sosiologiya və politologiya ixtisası üzrə seminarı keçirildi. Tədbiri kafedranın müdiri, dosent Səvvarə Rzaquliyeva açdı və bildirdi ki, Tələbə Elmi Cəmiyyəti 656-dan çox tələbə¬ni öz ətrafında birləşdirib. Mütəmadi olaraq fakültələr arasında seminarlar kecirilir. Dinlənilən məruzələr universitetimizin rəhbərliyinin göstərişi ilə  “Seminar toplusu” nda  işıq üzü görür. Bu seminarlarda fərqlənən tələbələr respublikadan kənarda Beynəlxalq konfraslarda iştirak edirlər. Voronej Dövlət Meşə Texniki Universitetinin keçirdiyi Texniki və riyaziyyat elmləri üzrə Beynəlxalq Gənclər Forumuna universitetimizin 22 tələbəsinin elmi məqalələri qəbul olunmuşdur. 3 nəfər tələbəmiz bu konfransda iştirak etmiş və  uğurlu çıxışlarına görə sertifakata layiq görülmüşlər. Bu günlərdə Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq milli tədqiqat Akademik Universiteti Optoelektronika, Fotonika və Nanostrukturlar üzrə “Saint Petersburg OPEN 2016” adlı beynəlxalq məktəb konfransında fakültələrdə təşkil olunmuş seminarlarda fəal tələbələrimizin  məruzələri rəhbərlik tərəfindən dinlənilərək    iştirakları məsləhət görülmüdü. Sizin hər birinizin də belə tələbər kimi fəal və bacarıqlı olmağınızı tövsiyyə edirəm.
Onu da qeyd edək ki, sosiologiya ixtisasından 19 nəfər, politologiya ixtisasından  isə 11 nəfər tələbənin müxtəlif mövzularda çıxışları dinlənildi.  TEC-in Şura sədri Nicat İsmayılov elmi işlərin üstünlüklərindən, faydalarından danışaraq tələbələri elmi işlə məşğul olmağa səslədi. Şura sədri Nicat İsmayılov - Müstəqillik illərində Azərbaycanda demokratikləşmə prosesi, Güllər Məmmədova -Azərbaycanın xarici siyasətində Heydər Əliyevin rolu, Rəşad Ağayev -Müasir dövrdə idarəetmənin sosial aspektləri, İsmayıl Məmmədov Heydər Əliyev və Azərbaycan (1969-1982), Köçəri Əlizadə Türkiyə-Suriya problemləri, Şəbnəm Bəkirova-Gənclərlə sosial iş mövzularında məruzələrlə çıxış etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az