Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin əməkdaşlığı genişlənir
Universitetimizin əməkdaşlığı genişlənir

Martın 10-da Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic və nümayəndə heyəti Sumqayıt Dövlət Universitetində oldular.
Qonaqları  rektor, professor Elxan Hüseynov səmimi qarşılayaraq onları universitetdə gördüyünə məmnun olduğunu bildirdi. Dəyirmi masa ətrafında keçən görüşdə  elmin, təhsilin inkişafına  dair  birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri, həmçinin universitetlər arasında tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri  haqqında da fikir mübadiləsi aparıldı. Rektor rəhbəri olduğu universitetin Qafqaz Universiteti ilə sıx əməkdaşlıq əlaqələrinin, həmçinin tələbələrimizin tədrisin kredit sisteminə uyğun qurulmasının, müəllim-tələbə mobilliyinin o cümlədən tələbələrimizin ictimai-siyasi, idman sahəsində də qarşılıqlı əlaqələrin qurulmasının vacibliyini vurğuladı.
Qarşılıqlı razılaşma zamanı qeyd edildi ki, gələcəkdə imzalanacaq sənəddə universitetlər arasında Kimya mühəndisliyi, Mühəndislik və Riyaziyyat istiqamətində əməkdaşlıq, birgə konfranslar, konqreslər, simpoziumlar, dəyirmi masalar təşkil etmək, hətta NOBEL mükafatçılarının  da dəvəti və digər məsələlər öz əksini tapacaq. Bütün bunların həyata keçirilməsi  universitetin Kimya və biologiya fakültəsinin dekanı, dosent Mahal Muradova həvalə olundu.
Görüşdə iştirak edən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov bidirdi ki, universitetlər arasında belə görüşlərin keçirilməsi elm, təhsil sahəsinin inkişafına böyük töhfələr verir. Bu məqsədlə də təklif edirəm ki, yaxın günlərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu, Sumqayıt Dövlət Universiteti və Qafqaz Universiteti  arasında üçrərəfli əməkdaşlıq müqaviləsi imzalansın, qarşılıqlı əlaqələrimiz daha da genişləndirilsin. Hər iki rektor təklifi böyük məmnuniyyətlə qəbul etdilər.
Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic Sumqayıt Dövlət Universiteti onun üçün doğma olduğunu vurğuladı. Qeyd etdi ki,  Azərbaycanla Türkiyə dost və qardaş ölkədir. Onların arasında bütün sahələr, o cümlədən təhsil sahəsi üzrə də əməkdaşlıq əlaqələri mövcuddur. Yerli universitetlərlə sıx əməkdaşlığın vacibliyini qeyd edən professor Ahmet Sanic bildirdi ki, Azərbaycanda ali təhsilin inkişafina təsir edəcək əsas amillərdən biri də universitetlərin bir–biri ilə əməkdaşlıq etməsi və əldə etdikləri bilik və təcrübələrin paylaşmalarından ibarətdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az