Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri tələbələrlə görüş keçirdi
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri tələbələrlə görüş keçirdi

Universitetin Böyük Akt zalında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Dövlət qulluğunun mahiyyəti və üstünlükləri, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtləri” mövzusunda seminar-təlim keçirildi.
Karyera Mərkəzinin müdiri Zahid Bünyadov bildirdi ki, təlimin keçirilməsində məqsəd insan resurslarının idarə edilməsinin əhəmiyyəti, vəzifələri və funksiyaları barədə tələbə, magistlərinin məlumatlandırılması, onlara bu sahədə yeni biliklərin verilməsi və bu biliklərdən səmərəli istifadə edilməsi bacarıqlarının inkişaf etdirilməsi olmuşdur. Zahid Bünyadov dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışdı və Mərkəzin gənclərin işlə təmin olunması istiqamətində aparılan tədbirlər haqqında məlumat verdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətə başladığı dövrdən dövlət orqanlarında insan resurslarının idarə edilməsi sahəsində mövcud vəziyyəti öyrənir, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni və onun ölkəmizdə tətbiqi imkanlarını araşdırır, dövlət qulluğunda insan resurslarının idarə edilməsi üzrə prioritetləri müəyyən edir. 
İnsan resurslarının idarəedilməsi sektorunun baş məsləhətçisi Kamil Baxşəliyev gənclərə Komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti və qarşısında duran vəzifələri, son illər dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər və dövlət qulluğunun üstünlükləri barədə məlumat verdi. Kamil Baxşəliyev dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini və indiyə kimi keçirilən müsabiqələrin statistik göstəricilərini özündə əks etdirən təqdimatla çıxış etdi. 
Sonda gəncləri maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən cavablandırılmış və görüş iştirakçılarına “Dövlət qulluğuna qəbul”, “Dövlət qulluğuna qəbul zamanı vəzifə seçimini düzgün necə etməli” və “Dövlət qulluğuna müsabiqə əsasında qəbul” mövzuları üzrə hazırlanmış bukletlər paylanılmışdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az