Əsas səhifə | Xəbərlər | Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı
Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı

TEC-in Tarix və coğrafiya fakültəsinin Fiziki coğrafiya ixtisası üzrə seminarı keçirildi. Fiziki coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru Tahir Ağayev seminarın əhəmiyyətindən bəhs edərək bildirdi ki, universitetimizdə tələbələrin elmi işə cəlb edilməsinə xüsusi diqqət yetirilir. Cəmiyyətin üzvü olan tələbələrlə universitetin professor-müəllim heyəti arasında sıx əməkdaşlıq əlaqələri genişlənir və inkişaf edir. Bunun nəticəsidir ki,  tələbələr elmi-tədqiqat fəaliyyəti ilə mütəmadi olaraq məşğul olurlar. Onlar  kafedralarda yerinə yetirilən tədqiqat işlərinə cəlb olunur, bu gün tədqiqat işlərinin nəticələri onu deməyə əsas verir ki, gələcəkdə bu tələbələrin içərisindən ölkəmizi layiqincə təmsil edəcək mütəxəssislər yetişir.
Sonra Fiziki coğrafiya ixtisası üzrə təhsil alan tələbələr Nərgiz Ramazanova, Leyla Ağayeva, Könül Fərəcli, Rüfət Hacıəliyev, Orxan Teymurlu, Sevinc Suleymanova öz çıxışlarını slayd materialları əsasında məruzə etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az