Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin əməkdaşları beynəlxalq diplomlara layiq görülüblər
Yerləşdirilmə tarixi : 30 May 2025 12:09
Sumqayıt Dövlət Universitetinin əməkdaşları beynəlxalq diplomlara layiq görülüblər

Mayın 30-da Azərbaycan Maliyyə Menecerləri Assosiasiyasının (APFM) baş ofisində maliyyə, mühasibatlıq və insan resurslarının idarə edilməsi sahəsində London Maliyyə Menecerləri İnstitutu (ICFM) və Mühasiblər İnstitututunun (ICB) beynəlxalq təlimlərini uğurla başa çatdıran, yekun imtahanlarda yüksək nəticə göstərən mütəxəssislərə beynəlxalq diplomlar təqdim olunub. Təqdimat mərasimini APFM idarə heyətinin sədri Nuriyyə Novruzova açaraq iştirakçıları salamlayıb, uğurlu nəticə qazananları təbrik edib.

Sonra diplomlar təqdim edilib. Sumqayıt Dövlət Universitetinin Mühasibat və iqtisadiyyat kafedrasının əməkdaşları, dosent Dilarə Əmiraslanovaya, baş müəllimlər Hicran Köçərli, Sədaqət Əliyeva və müəllimə Səmirə Seyidovaya “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (İFRS) ” modulu üzrə, Mühasibat və iqtisadiyyat kafedrasının baş müəllimi i.ü.f.d.Elnarə Məmmədova, Biznesin idarə edilməsi kafedrasının baş müəllimləri Səxavət Məmmədovla Şöhrət Əliyevaya “İnsan Resurslarının idarə edilməsi” modulu üzrə London Maliyyə Menecerləri İnstitutunun (ICFM) beynəlxalq diplomları təqdim olunub.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az