Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti Beynəlxalq CANIE Şəbəkəsinə qoşulub
Yerləşdirilmə tarixi : 14 May 2025 13:31
Sumqayıt Dövlət Universiteti Beynəlxalq CANIE Şəbəkəsinə qoşulub

Sumqayıt Dövlət Universiteti (SDU) təhsil, tədqiqat və beynəlxalq əməkdaşlıq vasitəsilə dayanıqlı inkişafın təşviqinə və iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş qlobal təşəbbüsə qoşularaq, CANIE (Beynəlxalq Təhsilverənlər üçün İqlim Fəaliyyəti Şəbəkəsi) şəbəkəsinin rəsmi üzvü olub. Bu üzvlük universitetin iqlim dəyişikliyinə qarşı mübarizədə və davamlı gələcəyin qurulmasında üzərinə götürdüyü öhdəliyin növbəti bariz nümunəsidir.

CANIE şəbəkəsi dünyanın müxtəlif ölkələrindən universitetləri, institutları və digər təhsil müəssisələrini bir araya gətirən nüfuzlu qlobal platformadır. Şəbəkənin əsas məqsədi iqlim dəyişikliyinin təsirlərini azaltmaq, davamlı təcrübələrin tətbiqini təşviq etmək və təhsil vasitəsilə qlobal iqlim hədəflərinə töhfə verməkdir. CANIE üzv təşkilatlara iqlimlə bağlı təşəbbüslərin həyata keçirilməsi, bilik və resurs mübadiləsi, eləcə də tərəfdaşlıq imkanları yaradır. SDU-nun bu şəbəkəyə qoşulması universitetin davamlılığa sadiqliyinin və ekoloji məsuliyyətinin göstərməklə bərabər, beynəlxalq iqlim təşəbbüslərində fəal iştirak etməyə və ölkənin davamlı inkişaf strategiyasına töhfə verməyə sadiqliyini bir daha təsdiq edir.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az