Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin mühəndis tələbələri beynəlxalq çempionatda II yerə layiq görülüblər
Yerləşdirilmə tarixi : 04 İyun 2025 16:53
Sumqayıt Dövlət Universitetinin mühəndis tələbələri beynəlxalq çempionatda II yerə layiq görülüblər

Sumqayıt Dövlət Universitetinin (SDU) Mühəndislik fakültəsinin III kurs tələbələri Amin Nəcəfli və Əli Hacıyev Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq “Professionals” bacarıqlar çempionatında mühüm uğura imza atıblar. Nijni Novqorod şəhərində keçirilən bu nüfuzlu yarışda iştirak edən tələbələrimiz yüksək nəticə göstərərək II yerə layiq görülüblər. Qeyd edək ki, müxtəlif ölkələrin komandalarının qatıldığı çempionatda aparılan gərgin rəqabətdə Amin Nəcəfli həm WEB texnologiyaları üzrə komanda kateqoriyasında, həm də beynəlxalq kateqoriya üzrə II yerin qalibi olub. Əli Hacıyev isə beynəlxalq kateqoriya üzrə II yeri qazanaraq yarışmada uğurla fərqlənib.

İyunun 4-də Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov beynəlxalq çempionatda uğur qazanmış tələbələri qəbul edib. Tələbələri bu uğurlarına görə təbrik edib, onların universitetin və ölkənin adını beynəlxalq arenada uca tutduqlarını vurğulayıb. Onlara gələcək fəaliyyətlərində də uğurlar arzulayan Əminağa Sadıqov universitetin tələbələrinin peşəkar hazırlığını daha da yüksəltmək üçün hərtərəfli dəstək göstərməyə hazır olduğunu qeyd edib.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az