Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti “Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025” də uğurla təmsil olunur
Yerləşdirilmə tarixi : 17 İyun 2025 11:13
Sumqayıt Dövlət Universiteti “Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025” də uğurla təmsil olunur

16-19 iyun 2025-ci il tarixlərində İstanbul şəhərində keçirilən və dünyanın ali təhsil ictimaiyyətinin diqqət mərkəzində olan “Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025”də Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndə heyəti uğurla iştirak edir. Nüfuzlu “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılıqı, Türkiyə Respublikasının Ali Təhsil Şurasının ev sahibliyi ilə baş tutan bu beynəlxalq tədbir davamlı və dayanıqlı gələcək naminə universitetlərin qlobal əməkdaşlığını təşviq etməyi hədəfləyir.

Konqres çərçivəsində dünyanın 30-dan artıq ölkəsindən ali təhsil ocaqları, o cümlədən Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Çin, Filippin və digər ölkələrin universitetləri təmsil olunur. Azərbaycanın 12 aparıcı universiteti arasında Sumqayıt Dövlət Universiteti də rektor v.i.e., professor Əminağa Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə tədbirdə fəal iştirak edir. SDU öz xüsusi sərgi-stendi ilə universitetin son illərdəki akademik, elmi və sosial uğurlarını beynəlxalq iştirakçılara təqdim edir, eyni zamanda əməkdaşlıq imkanlarını genişləndirir. Bu mühüm beynəlxalq platformada SDU-nun iştirakı universitetin strateji inkişaf xəttinin beynəlxalqlaşma, sosial məsuliyyət, innovativ idarəçilik və dayanıqlı gələcəyə töhfə istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Konqres çərçivəsində 18 iyun tarixində Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə ali təhsil müəssisələrinin göstəricilərini əks etdirən və THE tərəfindən tərtib olunan “THE Impact 2025” qlobal reytinqinin nəticələri də elan olunacaq. Bu reytinq SDU-nun son illərdə sosial əhatəlilik, ekoloji məsuliyyət və institusional idarəçilik sahələrindəki inkişafını qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az