Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Multikulturalizm və tolerantlıq" mözusunda seminar keçirildi
"Multikulturalizm və tolerantlıq" mözusunda seminar keçirildi

SDU-nun Ritorika Universal Klubu və Tələbə Həmkarlar İttifaqının birgə təşkil etdiyi "Multikulturalizm və tolerantlıq" mözusunda seminar keçirildi. Azərbaycan dili və dilçilik kafedrasının müəllimi Əli Rzayev  "Multikulturalizm və tolerantlıq" barədə tələbələrə geniş məlumat verdi və onların suallarını cavablandırdı.Seminarda THİ-nın sədri Nemət İbayev, universitetimizin Kariyera mərkəzinin rəhbəri Zahid Bünyadov və universitetimizin professoru Həsən Sadıqov öz dəyərli fikirlərini tələbələrlə bölüşdülər.
Mövcud milli-mədəni müxtəliflik və etnik-dini xoşgörü mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az