Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti ilk dəfə QS Dünya Universitetləri Reytinqində yer alıb
Yerləşdirilmə tarixi : 19 İyun 2025 11:37
Sumqayıt Dövlət Universiteti ilk dəfə QS Dünya Universitetləri Reytinqində yer alıb
 
Sumqayıt Dövlət Universiteti ilk dəfə QS Dünya Universitetləri Reytinqində yer alaraq 1001–1200 aralığında qərarlaşıb! QS Reytinq Agentliyi tərəfindən tərtib edilən Reytinqə bu il dünyanın 106 ölkəsindən ümumilikdə 8467 universitet müraciət etmişdir ki, onlardan yalnız 1501-i reytinqdə yer ala bilib. QS Dünya Universitetləri 2026 nəticələrinə əsasən, universitetimiz bu il Azərbaycan üzrə ümumi sıralamada 7-ci yeri tutur. SDU ölkənin Reytinqə daxil olan yeganə regional universitetidir. Bu nailiyyət universitetimizin akademik fəaliyyətinin, beynəlxalq əməkdaşlığının və elmi-tədqiqat imkanlarının yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləyir. Reytinq çərçivəsində universitetimiz xüsusilə “Akademik nüfuz” və “İşəgötürənlər arasında nüfuz” meyarı üzrə fərqlənərək, bu sahələrdə rəqabətqabiliyyətli nəticələr nümayiş etdirib.

Qeyd edək ki, SDU hazırda QS Avropa Universitetləri Reytinqinə daxil olaraq mühüm uğur əldə etmişdir. Bu reytinqdə universitetimiz Avropa universitetləri arasında 483-cü yerdə, Qərbi Asiya regionu üzrə 31-ci yerdə, Azərbaycan üzrə ümumi sıralamada 5-ci yerdə, ölkənin regional ali təhsil müəssisələri arasında isə ilk dəfə QS Beynəlxalq Reytinqinə daxil olmuş universitetdir. Bütün əməkdaşlarımızı, müəllim və tələbələrimizi bu nailiyyət münasibətilə təbrik edir, daha böyük uğurlara doğru birlikdə irəliləməyi arzulayırıq!

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az